Ötən həftə nə qədər vaksin vurulub?

Azərbaycanda iyulun 31-dən avqustun 6-dək koronavirus (COVID-19) əleyhinə 169 vaksin vurulub.

Bu barədə Sabahinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, üç və daha çox doza vaksin vurduranların sayı 84, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 nəfərdir.