Ötən həftə nə qədər vaksin vurulub?

Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə 70 nəfərə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, bir həftədə birinci mərhələ üzrə 22, ikinci mərhələ üzrə 5, üç və daha çox doza üzrə 38, pozitiv nəticədən sonra buster doza üzrə beş nəfər vaksinasiya olunub.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 927, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 174, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 314, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 052, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 387 təşkil edir.