Ötən həftə nə qədər vaksin vurulub?

Azərbaycanda 04.09.2023-10.09.2023 koronavirus (COVID-19) əleyhinə 91 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, üç və daha çox doza vaksin vurduranların sayı 39, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 9 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 392, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 437, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 361, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 186, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 408 təşkil edir.