Oxatma Federasiyasına yeni prezident seçilib

Azərbaycan Kamandan Oxatma Federasiyasının Hesabat-Seçki Konfransı keçirilib.

Sabahinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə quruma prezident seçkisi baş tutub.

Biznesmen Şahin Mövsümov yenidən federasiyanın rəhbəri seçilib.

Qeyd edək ki, Şahin Mövsümov 2007-ci ildən bu federasiyaya rəhbərlik edir.