"Özəl məktəblər uşaqları xaricə getmək üçün hazırlayır"

“Bir çox özəl məktəblər uşaqları gələcəkdə xaricə getmək üçün hazırlayır”. 

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

“Bununla bağlı təəssüf hissi keçiririk. Xüsusi diqqət yetirməliyik ki, biz kimləri yetişdiririk. Azərbaycan dilinə, tarixinə xüsusi diqqət yetirilməlidir. Azərbaycana qarşı sevgi ilə uşaqlarımızı böyütməliyik”, - deyə komitə sədri bildirib./Unikal