Parlamentdə əməyin mühafizəsi ilə bağlı dinləmə keçirilə bilər

"Əməyin mühafizəsi və əmək münasibətləri məsələləri komitənin əsas hədəfləri arasındadır. Buna da ciddi fikir verməliyik". 

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məcəlləsin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

“Prezidentin sərəncamı ilə yoxlamalar müəyyən müddətə dayandırılıb, bu da sahibkarlığın inkişafı ilə əlaqəlidir. Lakin bizə müəyyən şikayət ərizələri və müraciətlər daxil olur ki, işçilərin əmək hüququnun qorunması, o cümlədən əməyin mühafizəsi, təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarətlər, ölüm halları baş verir. Bunların araşdırılması, lazım gələrsə qanunvericiliyə müvafiq dəyişikliklərin təklif olunması məqsədilə dinləmələrin keçirilməsi faydalı olar".