Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanıldı - VİDEO

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

Sabahinfo.az xəbər verir ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb.  Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.