Paytaxtda 60 yaşlı qadını motosiklet vurdu

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, motosiklet yolu keçən 60 yaşlı Qasımova Xalidə Əkbər qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.