Pele Kriştiano Ronaldonu unikal rekordu münasibətilə təbrik edib

Əfsanəvi futbolçu Pele "Yuventus" un hücumçusu Kriştiano Ronaldonu təbrik edib.

Sabahinfo.az-ın məlumatına görə, K.Ronaldo Pelenin karyera boyunca ən çox qol vurma rekordunu qırıb. Bu barədə Braziliya əfsanəsi öz "Twitter" səhifəsində yazıb:

"Nə qədər gözəl bir karyeran var! Sənə çox heyranam və bu heç kimə sirr deyil. Rəsmi matçlarda qol rekordumu qırdığın üçün səni təbrik edirəm".