Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 351 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Sabahinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 90, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 28 nəfərdir.