Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 21, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunan yoxdur.

Vurulan vaksinlərin ümumi sayı 13 965 701, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 877, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 098, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 234 nəfər təşkil edir.