Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 78 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.