Peyvənd olunanların sayı MƏLUM OLDU

Azərbaycanda avqustun 28-dən sentyabrın 3-dək koronavirus (COVID-19) əleyhinə 374 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 228, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, üç və daha çox doza vaksin vurduranların sayı 95, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 12 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 301, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 402, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 353, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 147, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 399 təşkil edir.