Pikassonun oğurlanmış tablosu tapıldı - Fotolar

 Afina Polis İdarəsi dünya şöhrətli ispan rəssam Pablo Pikassonun “Qadın başı” və holland sənətkar Piet Mondrianın “Yel dəyirmanı” əsərlərini tapmaq üçün Afina yaxınlığındakı Kerati bölgəsindəki bir vadiyə basqın etdiklərini açıqlayıb.

Basqında hər iki əsər paketlənmiş halda aşkarlanıb. Faktla bağlı 49 yaşlı bir nəfər saxlanılıb. O, günahını boynuna alıb.

Pikasso “Qadın başı” əsərini 1939-cu ildə çəkib və 1949-cu ildə nasizmə qarşı mübarizəsinə görə yunan xalqına hədiyyə edib.

Mondrian isə “Yel dəyirmanı” əsərini 1905-ci ildə çəkib.

Hər iki tablo 9 yanvar 2012-ci ildə oğurlanmışdı.