Pike ilə qalmaqallı ayrılığı Şakiraya milyonlar qazandırdı

Müğənni Şakira futbolçu Jerar Pike ilə ayrılaraq milyonlarla dollar qazana bilib. İfaçı gəlirini 22 milyon dollar artırıb.

Belə ki, Pikenin xəyanəti ilə bağlı qalmaqaldan sonra yayılan məzmun müğənninin qazanmasına kömək edib. Futbolçunun adını birbaşa və ya dolayısı ilə qeyd edən nəşrlər dünya səhnəsinin ulduzuna milyonlar gətirib.

Qeyd edək ki, Şakira və Pikenin ayrılması ötən yay məlum olub. “Barselona”nın sabiq müdafiəçisi 46 yaşlı ifaçını aldadıb.

Cütlük 2011-ci ildən birlikdə idi. Onların iki oğlu var.