Polis Yasamalda əməliyyat keçirdi: 25 nəfər saxlanıldı - VİDEO

Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələrinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.

Sabahinfo.az xəbər verir ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Aşkar edilən faktlarla bağlı araşdırmalar aparılır. 

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.