Polisdən ƏMƏLİYYAT- Bir gündə 35 kq narkotik aşkarlandı

Polis əməkdaşlarının yanvarın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sabahinfo.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,2 kiloqrama yaxın heroin, 17,6 kiloqrama yaxın marixuana, 5,2 kiloqram həşiş qətranı, 21 qram tiryək, həmçinin 1,5 kiloqrama yaxın metamfetamin və 450 ədəd yüksək təsiredici xassəyə malik psixotrop maddə olub.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda deyilir.