Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç maraqlı anlarla yadda qalıb.
Sabahinfo.az xəbər verir ki, qonaqlara təqdim olunan yemək menyusu həmçinin də Azərbaycan dilində hazırlanıb.
Yüksək səviyyəli qonaqlara Çengele kəndindən yaşıl qulançar və gəndəlaş sirkəsində marinadlaşmış şanterel göbələyi salatı, nərə balığı və lanqustin, şüyüd və kürü ilə hazırlanmış midye sousu və digər təamlar təklif olunub.