Qadınlarla...

Salam, mən yenidən gəldim.
 Keçək bugünkü mövzumuza. Bu gün qadınlardan danışacağıq. Bəli, gözəllikləri, hekayələri ilə bir çox hekayə və şeirlərdə adı keçən qadınlar.  Əslində, qadın çox incə məxluqdur. Eyni zamanda tez inciyən,  şüşə kimi asan qırılıb, amma çətin düzələn. Heç vaxt da eyni olmur. Bu səbəbdən də qızların, daha doğrusu, qadınların  öz şəxsi düzəni var. Özlərinə düzən quranı da var,  qurmayanı da. Amma dünyada öz əməyi, əziyyəti ilə milyoner, ya da milyarder olan çox az qadın var. Yəni çoxu ya həyat yoldaşından, ya da atasından qalanlar ilə varlı olmağı bacarır. Amma bu o demək deyil ki, qadınlar öz ayaqları üzərində durmağı bacara bilməzlər. Məsələn, anam elə olur ki, dükanı tək idarə edir. Elə də olur ki, atamla birlikdə işlədib qazanc əldə edirlər. Yəni qadınlar toplum  içərisində öz yerlərini bəlli ediblər. Amma bu o demək deyil ki, sadəcə oğlanlar nəvaziş göstərməlidir.  
Elələri var ki, özlərini pis təqdim edirlər. Sosial platformada müxtəlif yollarlar oğlanlardan pul qoparmağa çalışırlar. Belə-belə işlər. Bura qədər oxudunuzsa, əminəm ki, nəticə çıxaracaqsınız.

Yazan: Ayxan Ədilzadə

Redaktor: Tünzalə Xəlilova

Mövzu: Ədil Ədilzadə