Qanun siyasi partiyalar üçün yeni imkanlar yaradır

“Azərbaycanda həyata keçirilən islahatlar bütün sahələri əhatə etdiyi kimi demokratik mühitin inkişafına da təsirsiz ötüşmür. Bu yöndə davamlı işlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda demokratik mühut bərqərar olub, siyasi, söz və mətbuat azadlığı qorunub saxlanılır”. Bu sözləri YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı Mətanət Səfərli deyib.

Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi bu siferada bir sıra yeniliklərə gətirib çıxaracaq. Ən əsası partiyalar üzərində məsuliyyəti daha da artıracaq: “Azərbaycanda 70-dən çox siyasi partiya Dövlət Qeydiyyatından keçib. Hətta ötən il bir neçə partiyanın qeydiyyat prosesinin şahidi olduq. Bu onu deməyə əsas verir ki, Azərbaycanda siyasi partiyaların qeydiyyat məsələsində heç bir maneə yoxdur. Ancaq araşdırmalar onu deməyə əsas verir ki, bu qədər siyasi partiya qeydiyyatdan keçsə də bir çoxlarının fəaliyyəti yox səviyyəsindədir. Bu isə hazırkı çağırışlarla ayaqlaşmır. Belə olan halda yeni qanunun qüvvəyə minməsi tarixi zərurət idi”.
M.Səfərli deyib ki, Azərbaycan cəmiyyətində siyasi partiya institutlarına rəğbət var. Və hər bir vətəndaşın partiyada təmsilçilik hüquqi azaddır: “Yeni qanunun qəbulu siyasi partiyalar üçün yeni mexanizmi müəyyən edəcək. Bu da siyasi proseslərdə aktivlikdən irəli gəlir. Qanuna görə, partiyalar üzvlərinin reystrini aidiyyatı qurumlara təqdim edəcəklər. Belə olan halda vətəndaşlar da biləcək ki, hansı partiyanın nə qədər üzvü var. Bununla yanaşı partiyaların seçkili orqanlarda iştirakı məsələsi gündəmdə saxlanacaq”.
M.Səfərli onu da bildirib ki, yerli və beynəxlalq ekspertlərin tələb və təkliflərinin nəzərə alınaraq hazırlanan qanunda bir sıra özəlliklər öz əksini tapıb: “Bu sənəd hazırlanarkən 20-dən çox ölkələrin təcrübəsi öyrənilib. Həmçinin Qanun layihəsi hazırlanarkən Venesiya Komissiyasının 2010 və 2020-ci ildə irəli sürdüyü yanaşmalar əsas götürülüb. Təbii ki, ölkədə yaşamaya-yaşamaya və ölkədə siyasi proseslərdən xəbəri olmaya-olmaya gəlib bir siyasi partiya yaradıb fəaliyyət göstərmək məntiqli olmazdı. Bu kimi hallar Qanunla tənzimlənir. Əvvəlki Qanundan fərqli olaraq yeni Qanunda siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. Eyni zaçanda İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin siyasi partiyanın əsaslandırılmış müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin edilməsi üçün tədbirlər görməsi nəzərdə tutulmuşdur. Əslində bu hallar siyasi fəaliyyətlə məşğul olmaq üçün stimulverici qərarlardır”.