“Qarabağ” türkiyəli mütəxəssislə yollarını ayırdı

“Qarabağ” akademiya koordinatoru Tacəddin Doğanla vidalaşıb.

Ağdam təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, türkiyəli mütəxəssislə müddəti başa çatan müqavilə yenilənməyib.

Onu bu postda Aftandil Hacıyevin əvəz edəcəyi gözlənilir.

Qeyd edək ki, Tacəddin Doğan 2019-cu ildən “Qarabağ”da çalışırdı.