"Yeni həyat iqtisadi-inkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun potensialının tədqiqi” layihəsinə start verib.
Layihə rəhbəri Ədil Ədilzadə görüləcək işlər barəsində məlumat verib. Bildirib ki, 3 ay həyata keçiriləcək alyihə çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun potensialı tədqiq olunacaq. Media və sosial şəbəkə imkanlarından istifaə olunaraq layihənin əhatə dairəsi daha da genişləndiriləcək.
Ə.Ədilzadə onu da bildirib ki, layihənin əsas məqamlarından biri də həyata keçiriləcək işlər ölkə hüdudlarından kənarda qurulmasıdır. Belə ki, Avropa və ərəb medialarında 4 yazı dərc olunacaq: “ İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi inkişafını sürətləndirmək üçün görülən tədbirlər. Artıq Zəngilan rayonunda ilk “ağıllı kənd”in tikintisi üzrə layihənin icrasına başlanılıb. Bu lahiyədə beş komponent əsasında aparılacaq: mənzil, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji. BMT-nin proqnozlarına görə, 2030-cu ilə qədər Azərbaycan əhalisinin sayı 600 min nəfər artacaqdır. Böyük iqtisadi və sosial layihələrə əsaslanan mütərəqqi şəhərsalma siyasəti də regionda vəziyyəti yaxşılaşdırması üçün əsas hesab edilir. Münaqişədən sonrakı yenidənqurma mürəkkəb, əmək tutumlu və kapital tutumlu proses olduğundan Azərbaycan hakimiyyəti bu prosesə effektiv idarəetmə sistemi qurmaqla başlayıb. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli üçün əsas dövlət strukturlarının işini sinxronlaşdırmaq üçün əlaqələndirmə qərargahı yaradılıb. Qarabağda xüsusilə 6 sahənin ciddi inkişafı proqnozlaşdırılır. Bunlar, turizm, nəqliyyat və logistika, mədən sənayesi, kənd təsərrüfatı, emal sənayesi və yaşıl enerji. Bu sahələri inkişaf etdirmək üçün müxtəlif lahiyələr və tədbirlər görüləcəkdir. Qarabağ regionun enerji potensialı. Böyük neft ehtiyatlarına malik Azərbaycan Qarabağı “yaşıl enerji zonası” elan edib. Azərbaycanın yerli su ehtiyatlarının dörddə biri, yəni ildə təxminən 2,56 milyard kubmetr su Qarabağda formalaşır. Rayonun Tərtər, Bazarçay (Bərgüşadçay), Laçın rayonlarındakı SES-lərin gücü isə 120 MVt olacaq ki, bu da regiona “yaşıl enerji”dən arxalanmağa imkan verəcək. Bundan əlavə, Kəlbəcər rayonunda 3093 min m3, Şuşada isə 412 m3 termal su ehtiyatları yaşıl energetikanın inkişafı üçün əhəmiyyətli potensiala malikdir. Burada əsas məsələ təkcə yaşıl mənbələrdən enerji əldə etmək deyil, həm də enerjinin ötürülməsi, paylanması və iağıllı sistemlərdən istifadə etməkdir. Hökumətin Azərbaycanın yaşıl zona elan etdiyi Qarabağda ətraf mühitin mühafizəsini güclənəcək. Bütün bunları nəzərə alaraq Polşa, Özbəkistan, Pakistan və Türkiyənin nüfuzlu media oqranlarında yazılar dərc olunacaq. Yazıların geniş piar işi həyata keçiriləcək”.
Layihə rəhbəri onu da bildirib ki, layihə çərçivəsində internet TV verliş də hazırlanacaq ki, bu verlişdə də əsas müzakirə mövzusu Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı və bu potensialdan səmərəli istifadə olacaq.
Layihə başa çatanda görülən işlərlə bağlı yekun tədbir keçiriləcək. Tədbirə ekspertlər, Millət vəkilləri, jurnalistlər dəvət olunacaqlar.