“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu” xüsusi əhəmiyyətə malikdir

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu” təşkilatçılıq və öz əhatə dairəsinə görə xüsusi əhəmiyyətə malikdir. Bunu “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Ayşən Fəxrəddinqızı deyib. Onun sözlərinə görə, QHT Agentliyi bu kimi forumlar təşkil etməklə ictimai sahənin inkişafına mühüm töhfələr verir: “Forum çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfərdədir. Bakıda keçirilən Forumda “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı panel müzakirələri və “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” təşkil olundu ki, bu müzakirələrdə aktual məsələlərə toxunuldu. Eyni zamanda Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis konfransı və “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunub ki, bütün bunlar gələcək perspektivdən xəbər verir”.

A.Hüseynova onu da qeyd edib ki, TDT-nin fəaliyyəti ilə bağlı əldə olunan razılaşmaların reallaşmasında ictimai sahənin rolu mühümdür. Bu baxımdan belə bir Forumun təşkil olunması vətəndaş cəmiyyətinin inkişafına, əlaqələrin genişlənməsinə təsir göstərəcək.