“Qarabağ” Xankəndidə MOİK-ə qalib gəldi - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Sabahinfo.az xəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+5-ci dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

“Köhlən atlar” 1/4 “Sabah”la üz-üzə gələcək.

***

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” - MOİK matçında ikinci hissə başlayıb.

Sabahinfo.az xəbər verir ki, birinci hissədə hesab açılmayıb.

 

***

“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

Sabahinfo.az xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

***

09:28

Bu gün Xankəndi şəhərində 35 ildən sonra tarixi oyun baş tutacaq. 

Sabahinfo.az xəbər verir ki, Ağdamın "Qarabağ" komandası Xankəndi stadionunda MOİK-lə üz-üzə gələcək.

Qarşılaşma saat 13:00-da başlayacaq və AzTV-də canlı yayımlanacaq. 

Matçın qalibi 1/4 finalda "Sabah"la qarşılaşacaq.