Qarabağa "Böyük Qayıdış"ı yaxınlaşdıran səfərlər

Müasir dünyada cəmiyyətin bütün sahələrinin inkişafında elektrik enerjisinin son dərəcə əhəmiyyətini nəzərə alan ölkə başçısı bərpa işlərinə sistemli yanaşır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdam və Ağcəbədi rayonlarına növbəti səfərləri məzmunca kifayət qədər zəngin hadisələrlə yadda qaldı: "Ağdam-1" və "Ağdam-2" yarımstansiyaları istismara verildi. Ümumilikdə Qarabağ bölgəsində istifadəyə verilən elektrik yarımstansiyalarının sayı 9-a çatdı.

Elektrik şəbəkəsi ilə yanaşı, yol infrastrukturu sıfırdan başlayaraq yenidən qurulur. İstər rayonlar arası avtomobil yolları, istərsə də dəmiryolu xəttləri reinteqrasiya proseslərini sürətləndirəcəkdir. Ağdam mərkəzi xəstəxanasının, yeni yaşayış binalarının, sənaye parkında iki müəssisənin, otelin təməlinin qoyulması, ən müasir standartlara və təsdiq olunmuş baş plana uyğun həyata keçirilir".

Deputat bildirib ki, Ağdam cümə məscidinin əsaslı təmirinin və regionda erməni vandalları tərəfindən darmadağın edilmiş digər dini-tarixi məbədlərin Heydər Əliyev Fondu tərəfindən yenidən qurulması, bərpası Qarabağ iqtisadi rayonunun turizm imkanlarını artırmaqla, mədəni inkişafında əhəmiyyətli rol oynayacaqdır: "Yeri gəlmişkən Heydər Əliyev Fondu, hörmətli Mehriban xanımın rəhbərliyi ilə Qələbədən dərhal sonra Şuşa şəhərinin tarixi-memarlıq hissəsinin bərpasına dərhal başlayıb. Artıq, bu istiqamətdə çoxsaylı layihələr icra edilməkdədir. Bir məsələni xüsusi olaraq qeyd etmək istərdim. Cənab Prezident bölgələrə səfərləri çərçivəsində ictimaiyyətin qarşısında çıxışlar edir, Azərbaycanın xarici və daxili siyasəti, yeni yaranmış geosiyasi reallıqlar, tarixi proseslər, ümumiyyətlə cəmiyyəti maraqlandıran bir çox aktual məsələlərə münasibətini bildirir".

N.Məhəməliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ağdam Cümə məscidinin önündə etdiyi çıxışda Ermənistanla sülh müqaviləsini bağlamağa hazır olduğunu və yeganə şərt olaraq ölkələrin qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü tanımalı olduğunu bildirdi: "Təbii ki, ölkə başçısı kifayət qədər geniş informasiyaya malikdir və mövcud risklərin nədən qaynaqlandığını bilir. Təsadüfi deyil ki, cənab Prezident sülh mesajları ilə yanaşı, erməni vəhşiliyini unutmamağı da tövsiyə etdi. Keçdiyimiz tarixi yol göstərir ki, müxtəlif zamanlarda unutqanlıq xalqımıza baha başa gəlmişdir. Bu baxımdan, Ordu quruculuğuna, müasir silahların alınmasına, hərbi infrastrukturun yaradılmasına, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daim təkmilləşdirilməsinə xüsusi önəm verir. Bu baxımdan Ağcabədi rayonunda yeni inşa olunmuş Daxili qoşunların hərbi hissəsinin açılışı olduqca əhəmiyyətlidir. Daxili qoşunlar, müharibə zamanı özünü ən yüksək səviyyədə göstərdi. Şəhidlər verdi, 4 nəfər Vətən müharibəsi qəhrəmanı fəxri adı aldı. Sülh şəraitində isə, funksional olaraq, ictimai -siyasi sabitliyin qorunmasında əsas faktorlardan biridir. Hərbi hissədə xidmətin ən yüksək səviyyədə qurulması üçün hər cür şərait yaradılmış, ən müasir döyüş texnikası alınmışdır.

Ümumiyyətlə, ölkə başçısının hər bir səfəri, yeni infrastruktur layihələrinin istifafəyə verilməsi ilə müşaiyyət olunur və Qarabağa "Böyük Qayıdış"ı yaxınlaşdırır.

Səfərlərin siyasi əhəmiyyətini də vurğulamaq yerinə düşər. Bu tədbirlər media vasitəsilə geniş şəkildə işıqlandırılır və dünyanın bir çox ölkələrinə yayılır. O cümlədən Ermənistan cəmiyyəti tərəfindən yaxından izlənilir. Onlar artıq Prezident Əliyevin çıxışlarında dediyi fikirlərin real həyatda təsfiqini tapdığını bilirlər və müvafiq nəticə çıxarırlar. “İlham Əliyev dediyini edir” fikri erməni cəmiyyətində özünü təsdiq etmişdir.

Eyni zamanda beynəlxalq birlik 30 illik işğal dövründə xarabazara çevrilmiş ərazinin cənnətə çevrilməsinə şahidlik edr və hər iki millətə qiymət verirlər. Burada da kimin varvar, kimin qurucu mədəni olduğu üzə çıxır".