"Qərbi Azərbaycandan deportasiya qurbanlarına abidə ucaldılsın"

“Dekabrın 5-i Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilməsinin ildönümü idi”.

Sabahinfo.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat soydaşlarımızın deportasiyası ilə bağlı təkliflə də çıxış edib: “Hesab edirəm ki, deportasiya gününü ayrıca gün kimi qeyd etməliyik. Bundan əlavə, deportasiya qurbanlarının şərəfinə abidənin ucaldılmasını təklif edirəm”.