QHT Şamaxıda həssas qruplara maraqlı gün yaşatdı

Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin  təşkili adlı layihəsi fəaliyyət planına uyğyn olaraq 14 avqust 2023-cü il tarixində Şamaxı rayonu və Dəmirçilər kəndində nəzərdə tutulduğu kimi uğurla keçirildi.
Sabahinfo.az xəbər verir ki, səfər iştirakçıları xüsusi ayrılmış avtobusla təyin olunmuş ərazidən 25 nəfərlik qrupla Şamaxıya hərəkət etdilər.
Şamaxı rayonunda  şəhidlər kompleksi və bir şəhidimizin xatirə bulağı önünə gələrək onları yad etdilər.
Daha sonra həssas qruplar üçün səhər yeməyi təşkil olundu. Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyinin sədri Xədicə Mikayılova və  layihənin eksperti layihə barədə məlumat verdilər.
Dəmirçi kəndinə gələn həssas qruplar qədimliyi ilə tanınan kəndlə tanış oldular. Məsciddə namaz qılanlar da oldu. Çay evində söhbətlər maraqla yadda qaldı.Hər kəs dövlətimizin həssas qruplara olan qayğısından danışaraq minnətdarlıq bildirdilər. Layihənin eksperti həssas qruplarla psixoloji dəstəyin daha da davamlı olması üçün belə layihələrə önəm verilməsini xüsusi qeyd etdi. Səyahətdə iştirak edən psixoloq da məkanın seçilməsinin maraqlı olmasını vurğuladı. O, qeyd etdi ki, gələcəkdə meşə ərazisinə səyahətin təşkili həssas qrupların  psixikasına daha müsbət təsir edər.
Günorta yeməyi də “Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin  təşkili” layihəsi çərçivəsində baş tutdu. Layihə rəhbəri Xədicə Mikayılova töhfə olaraq meyvə və dondurmanı həssas qruplara ev yiyəsi kimi təqdim etdi. Bütün bunlar həssas qruplarda xoş anlar yaşatdı.
“Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin  təşkili” layihəsinin eksperti səfər iştirakçılarına hər hansı problemləri varsa, könüllü hüquqşunasa müraciət edə biləcəklərini xüsusi vurğuladı. Səyahət davam edərək maraqlı yerlər ziyarət olundu.
Şamaxı səyahəti çay, şirniyyat süfrəsi ilə yekunlaşaraq Bakıya dönən həssas qruplar, bir daha dövlətimizə və layihə rəhbərinə minnatdarlıq edərək, yenidən gəzintilərdə olacaqları ümidi ilə yekunlaşdı.Səyahət iştirakçıları geriyə Bakıya döndülər.
Səyahətdə foto, video çəkildi və İştirakçı siyahıları tərtib edildi.