Qızıl Aypara Cəmiyyətinin keçmiş icraçı katibi BBC News kanalına müsahibə verib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin keçmiş icraçı katibi Elxan Rəhimov BBC News kanalına müsahibə verib. Elxan Rəhimov hazırda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasınının cənub-şərqi Asiya ölkələri üzrə nümayəndəliyinin başçısı vəzifəsində çalışır.

İndoneziyanın Yava adasında binaların uçması və torpaq sürüşməsinə səbəb olan 5,6 bal gücündə zəlzələ nəticəsində ən azı 62 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı, digərlərinin isə itkin düşdüyü bildirilir. Elxan Rəhimov öz çıxışında İndoneziya Qızıl Xaçının icmalarda olan fəliyyəti və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının regionda fəaliyyətindən söz açıb.

https://www.youtube.com/watch?v=cJJNk1NUJPM&feature=emb_imp_woyt