Qobustanda ağır qəza - Ölənlər var - YENİLƏNİB

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sabahinfo.az-a bildirilib ki, xəsarət alan 1 nəfər Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
 

09:23

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabahinfo.az xəbər verir ki, hadisə Cəngi adlanan ərazidə qeydə alınıb.

Qəza nəticəsində 2 qadın, 3 kişi olmaqla 5 nəfər ölüb.

DİN-in mətbuat xidmətinin yerli bürosundan bildirilib ki, hadisə barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.