Qrizmann "Atletiko"nun tarixinə düşdü

"Atletiko"nun hücumçusu Antuan Qrizmann Madrid klubunun tarixində ən çox qol vuran futbolçu olub.

Sabahinfo.az xəbər verir ki, o, İspaniya Superkubokunun yarımfinalında “Real"a qarşı ilk matçda qol vurub. Bununla da, fransalı futbolçu "Atletiko"nun heyətində 174-cü qolunu vuraraq,  Luis Araqonesi (173 qol) keçib. Üçüncü yeri Adrian Eskudero (169 qol) tutur.

Qrizmann “Atletiko”da 371 oyuna çıxıb.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2014-2019-cu illərdə "Atletiko"da oynayıb. O, daha sonra "Barselona"ya keçib. Qrizmann 2021-ci ildə yenidən icarə əsasında Madrid təmsilçisinə qayıdıb. Klub 2022-ci ildə onu birdəfəlik alıb.