Qubad İbadoğlunun partiyasının fəaliyyətinə XİTAM VERİLDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinə xitam verilib.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı partiyanın sədri Qubad İbadoğlu paylaşım edib. Bildirib ki, Partiyanın mərkəzi  icra  strukturlarının  buraxılması  və  təyinatlı  rəhbər  şəxslərin  fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalayıb:

"Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik", - deyə o qeyd edib.