Qubada marşrut sürücüsü narkotikin təsiri altında saxlanılıb - VİDEO

Quba  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında mikroavtobus idarə edən şəxs saxlanılıb.

Bu barədə  DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Quba rayon sakini Anar İsmiyevin  idarə etdiyi marşrut mikroavtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. A.İsmiyevin həkim müayinəsindən keçirilməsi təmin edilib  və onun  narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.

Həmin şəxsin barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülüb.