Qurban Qurbanov ilin məşqçisi seçildi

Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

Sabahinfo.az xəbər verir ki, jurnalistlər arasında keçirilən ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.

Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən 5-i “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 3-ü “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşiyevə, 2-si isə “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova səs verib. Azərbaycan milli komandasının keçmiş çalışdırıcısı Canni De Byaziyə səs verən olmayıb.