Rafiq Cəlilov növbəti vətəndaş qəbulu keçirdi

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə icra hakimiyyətinin inzibati binasında növbəti qəbul keçirib.

Qəbulda rayonun müxtəlif yaşayış məntəqələrindən olan sakinlər iştirak edərək müraciətlərini səsləndiriblər.

Rafiq Cəlilov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin operativ araşdırılması və həlli üçün aidiyyəti şöbə və idarə rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb.