"Real" "Barselona"nı məğlub edərək Superkubokun qalibi oldu

İspaniya Superkubokunda final oyunu keçirilib.

Sabahinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanında oynanılan həlledici matçda "Real" və "Barselona" üz-üzə gəlib. Matç Madrid klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən görüşdə Vinisius Junior het-trik edib.

"Real" - "Barselona" - 4:1
Qollar:
 Vinisius Junior, 7 (1:0), 10 (2:1), Levandovski, 33 (2:1), Vinisius Junior, 39-pen. (3:1), Rodriqo, 64 (4:1)
Qırmızı vərəqə: Arauxo, 71 ("Barselona")

Beləliklə, "Real" tarixində 13-cü dəfə İspaniya Superkubokunu qazandı. "Barselona" 14 kubokla turnirin rekordçusu olaraq qalır.