“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi layihənin icrasına başlamışdır

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gəncə şəhərində və ətraf rayonlarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların (o cümlədən autizm və daun sindromu) sosial və psixoloji reabilitasiyasının gücləndirilməsi” layihəsinin iyul ayından icrasına başlamışdır. Layihənin müddəti 2 aydır.

Layihənin əsas məqsədi – xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və psixoloji reabilitasiyasının gücləndirilməsidir

Layihə çərçivəsində 20 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlar (autizm, daun sindromu, mikrosefaliya, uşaq serebral iflici, əqli gerilik, nitq qüsuru, nitq ləngiməsi) üçün fərdi intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil olunacaqdır. Qeyd etmək lazımdır ki, Reabilitasiya Mərkəzinin fəaliyyətinə, nəinki Gəncə şəhərindən, eyni zamanda ətraf rayonların xüsusi qayğıya ehtiyacı olan uşaqları da cəlb olunmuşdur.

Həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklərin olması gözlənilir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss ediləcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranacaqdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Layihənin rəhbəri Aynur Əliyeva