Rəşad Dağlıya HÖKM OXUNDU

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəmə prosesi sona çatıb.

Sabahinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Rəşad Dağlının vəkili çıxış edib və yüngül cəza verilməsini xahiş edib. Sonra R.Dağlı son söz deyib.

Daha sonra hökm oxunub və hökmə əsasən Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, prokuror Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.