Ronaldo “Mançester Yunayted”i başa düşə bilmir

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo klub rəhbərliyinin bəzi qərarlarını başa düşə bilmir. 

Qol.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 37 yaşlı hücumçu “qırmızı şeytanlar”ın Ole Qunnar Sulşerin baş məşqçi vəzifəsindən istefaya göndərilməsindən sonra onun əvəzinə müvəqqəti çalışdırıcı təyin edilməsi qərarına təəccüblənib. Portuqaliyalı oyunçu Premyer Liqa təmsilçisinin rəhbərliyinin hansı səbəbdən Ralf Ranqniki müvəqqəti baş məşqçi kimi təyin etdiyini anlaya bilmir. 

Ralf Ranqnik ötən ilin noyabr ayından komandanı çalışdırır. Onun 2021/22 mövsümünün sonunadək bu vəzifəni icra edəcəyi bildirilib. Daha sonra isə klub komandaya daimi baş məşqçi təyin edəcək. 

Qeyd edək ki, Ronaldo 2021-ci ilin avqust ayında “Mançester Yunayted”də oynayır.