Röya 16 il küsülü qaldığı müğənninin adını açıqladı

Xalq artisti Röya Ayxan "Tarixin bir günü" verilişində maraqlı açıqlaması ilə diqqət çəkib.

Sabahinfo.az-ın məlumatına görə, müğənni bildirib ki, indiyədək ən uzun müddət - 16 il küsülü qaldığı şəxs həmkarı Elnur Məmmədov olub.

Röya açıqlamasında onların arasında illər əvvəl yaranan incikliyin artıq aradan qalxdığını vurğulayıb:

"Ürəkdən barışdım. Oturduq, onunla salamlaşdım. Sonra dedim ki, getdik yeyib-içməyə".

Müğənninin bu etirafı izləyicilər və sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Milli.Az