Rusiya Ukraynada 322 uşağı qətlə yetirib

Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində artıq 322 uşaq həlak olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə  Ukrayna Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 900-dən çox uşaq xəsarət alıb. 322 uşaq ölüb, 581-dən çoxu yaralanıb", - məlumatda deyilir.