Rustov kəndində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda keçirilən tədbirdən sonra,Rustov İnzibati Ərazi Dairəsində sakinlərlə səmimi və maraqlı görüş oldu. Sakinlərin və seçicilərin gündəlik qayğı və ehtiyacları dinlənildi, onların problemlərinin həlli üçün müvafiq addımlar atılacağı bildirildi.
Vətəndaşlarımızın fikirlərinə həssas yanaşmaq və onları daim diqqət mərkəzində saxlamaq bundan sonra da əsas fəaliyyət istiqamətlərimdən biri olacaq.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı




