Saakaşvilinin bədənində daha bir zəhərli maddə aşkarlandı

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin bədənində daha bir zəhərli maddə aşkarlanıb.

Sabahinfo.az xəbər verir ki, məlumatı onun vəkili Şalva Xaçapuridze yayıb. Bildirib ki, dırnaq analizinin cavabı hələki açıqlanmayıb, lakin telefon danışığı zamanı daha bir zəhərli maddə - arsenium aşkarlandığı bildirilib.

Toksikoloji analizlərin yekun cavabının ABŞ-dan göndəriləcəyi bildirilib.

Qeyd edək ki, daha əvvəl Saakaşvilinin saç nümunələrinin analizi zamanı civə, barium və bismut kimi zərərli maddələrin aşkarlandığı açıqlanıb.

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili bu gün dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə məhkəməm qarşısına çıxarılacaq. Onun səhhətindəki problemlərlə əlaqədar hərəkət etməkdə çətinlik çəkdiyi, bu səbəbdən məhkəmə zalına əlil arabasında gətiriləcəyi bildirilir/apa.