Sabah Milli Məclisdə dinləmə keçiriləcək - YENİLƏNİB

Noyabrın 4-də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçiriləcək.

Bu barədə Sabahinfo.az-a  parlamentdən məlumat verilib.

Bildirilib ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə iş davam edir.

 

***

Sabah - noyabrın 1-də Milli Məclisdə “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda dinləmə keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, toplantı İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

İclasda Milli Məclisin deputatları, QHT nümayəndələri iştirak edəcəklər.