“Fizioterapiyanın İnkışafına Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə dəstək” layihəsinin icrasını yekunlaşdırıb.
Layihə rəhbəri Nuranə Abdullayeva saytımıza deyib ki, layihə 3 ay müddətində (01 iyul-01 Sentyabr 2023-cü il) icra olunub. Əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların həyatını yaxşılaşdırmaq üçün müasir reabilitasiya (xüsusən müasir fizioterapiya, erqoterapiya, dietaterapiya və s.) sahəsində öyrədici tədbirlərin təşkili və inkişafetdirici oyuncaq, avadanlıq, ləvazimat, alət və vasitələrin təbliğidir.
Layihənın tərəfdaşı “Tandem” Ailəyə Dəstək Mərkəzidir.
Layihə autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən şəxslərin sosial-tibbi və psixoloji reabilitasiyası sahəsində təşəbbüsdür.