Sahibə Qafarova Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri ilə görüşüb

Noyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri çərçivəsində Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq Din Hyu ilə görüşüb.

Milli Məclisin sədri Milli Assambleyanın sədrini salamlayaraq, Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib. O, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçdiyini deyərək, bu illər ərzində siyasi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib. Spiker ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayıb.