Sahil Babayev: Qarabağ Regional Dost Mərkəzinin yeddi rayonda filialı açılacaq

Qarabağ Regional Dost Mərkəzinin (RDM) əhatə etdiyi 7 rayon üzrə filialların açılması üçün hazırlıqlara başlanılıb.

Sabahinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.

S.Babayev bildirib ki, nəticədə 2026-cı ilin sonuna kimi 17 RDM olacaq: “Hazırda 7-si var, 10-u da növbəti iki il ərzində yekunlaşacaq. Həmin mərkəzlərin də 55 filialı olacaq. Orada özünəxidmət üçün elektron sistem üçün infrastruktur qurulacaq, 20-dək sosial agentlər xidmətlərin göstərilməsinə kömək edəcək”.