“Saxlanılan fəal heç vaxt polis əməkdaşı olmayıb” - Rəsmi açıqlama

"Vətəndaş Quliyev İlhamiz bir qrup şəxslə əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir"​.

Sabahinfo.az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki.

Onun sözlərinə görə, İ.Quliyevin əməlləri istintaqla sübuta yetirilib və tədbirlərlə saxlanılan qrup üzvlərindən biridir: "O, istintaqa məlum olan şəxslərə narkotik vasitələrin təminatını həyata keçirib. Onun əvvəllər daxili işlər orqanlarında polis əməkdaşı kimi xidmət etməsi ilə bağlı iddialar əsassızdır, o heç vaxt polis əməkdaşı olmayıb".

Qeyd edək ki, saxlanılan ictimai fəal İ.Quliyevin keçmiş polis əməkdaşı olması barədə sosial şəbəkələrdə təsdiqini tapmayan məlumatlar yayılıb.