“Sədərək”dəki yanğınla bağlı təhlükəsizlik tədbirləri görülür - Video

“Sədərək”də baş verən yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri görülür.

BDYPİ-dən “Qfaqazinfo”ya verilən məlumata görə, yanğın səbəbindən əraziyə yaxın yollarda hərəkətin intensivliyi artıb. 

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir, yaranmış sıxlığın qarşısını almaq üçün zəruri tədbirlər görürlər.

Vətəndaşlardan xahiş olunur ki, hərəkətdə olarkən yol polisi əməkdaşlarının tələblərinə riayət etsinlər.

https://bax.tv/son-xeberler/sederek-deki-yanginla-bagli-tehlukesizlik-tedbirleri-gorulur-213098?utm_source=playerBaxTV&utm_medium=context_menu&utm_campaign=organic