Səfirliyimizə edilən bu xain hücum qəbulolunmazdır! - İbrahim İbrahimli  

Azərbaycanla İran arasında uzun müddətdir ki, ciddi gərginlik var. Bildiyimiz kimi , 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Bu hücum zamanı bir nəfər şəhid olmuş, iki nəfər isə ağlr yaralanmışdır. Hal-hazırda məsələ ilə bağlı araşdırma aparılır. Səfirliyimizə edilən bu xain hücum qəbulolunmazdır! Bu rəsmən dövlətimizə qarşı yönəlmiş provakasiyadır. Ölkəmizə qarşı hazırda davam etməkdə olan qərəzli çıxışlar, xəbərlər və bu son yaşanan hadisə isə artıq son nöqtə oldu. Lakin bir səbəb də mənə təskinlik verir. Bu təskinliyə səbəb isə siyasi liderliyi ilə seçilən cənab prezidentimizdir. Mən səmimi qəlbdən inanıram ki , dövlət başçımız , müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev bu məsələylə bağlı lazımi , ciddi cavab tədbirləri görülməsi barədə göstəriş verəcəkdir.


İbrahim İbrahimli,

“Bir Təbəssüm” Gənclər Birliyinin Sədri, 
ictimai-siyasi fəal