Şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə və iştirakçılarına diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirdi ki, şəhid ailələrinə xüsusi qayğı göstərilməlidir. Dövlət tərəfindən bu məsələ prioritet istiqamətdir. İkinci Qarabağ müharibəsindən əvvəl və hazırda da şəhid ailələrinə daim həssaslıqla yanaşılır.
Qəbul zamanı şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirdiyini qeyd edən Azərbaycan Prezidenti daha sonra bildirib: “Onla¬rın məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınla¬rı verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayon¬larda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”.
Dövlətimizin başçısının səsləndirdiyi bu fikirlərdən bir daha aydın olur ki, məmurlar, ilk növbədə, şəhid ailələri və qazilərə maksimum diqqət ayırmağa borcludurlar. Çünki tarixi qələbəmizin əldə olunması məhz onların xidmətidir. Bu istiqamətdə dövlət siyasətinin doğru olduğu və vətəndaşlarımızı məmnun et¬diyi hamıya bəllidir. Ancaq idarəetmədə az da olsa, belə məsələlərdə laqeydliyə rast gəlinir. Ona görə də dövlətimizin başçısı qəbul zamanı icra hakimiyyətləri başçılarına şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstərilməsinin vacibliyini bir daha xatırlatdı.
Qeyd edim ki, istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən sava¬şında şəhid olmuş qəhrəmanlarımızın ailələri, onların valideynləri, eləcə də əlil olmuş şəxslər, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Onlara mənzillər və avtomobillər verilir, işlə təmin edilir, digər problemlərinin aradan qaldırılmasi istiqamətində ardıcıl və planlı iş aparılır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq uğurlu sosial siyasət həyata keçirilir. Həmin siyasətin əsas prioritet istiqamətlərindən biri də həssas qrupdan olan vətəndaşlarımıza, o cümlədən də şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə və müharibə işti¬rakçılarına olan diqqətdir. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin kateqoriyadan olanları daim diqqət mərkəzində saxla¬yırlar. Həmin qəbildən olanlara qayğı¬nın göstərilməsi üçün ölkə Prezidenti dövlət orqanları qarşısında vəzifələr müəyyənləşdirir, lazımi tapşırıqlar verir, normativ hüquqi aktlar imzalayır.
Bu məqamda fikrimin təsdiqi üçün diqqəti görülən işlərin bir qisminə yönəltmək istərdim. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək tədbirləri çərçivəsində həmin sa¬vaşda şəhid olanların ailə üzvləri, Vətən müharibəsinin veteranları, o cümlədən Vətən müharibəsi əlillərindən ibarət 94 min şəxsə 104 min sosial ödəniş təyin olunub. Həmin ödənişlərin mühüm hissəsini Prezidentin aylıq təqaüdləri təşkil edib.
Dövlətimizin başçısı tərəfindən 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyənləşdirilən şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqın¬da fərman imzalanıb. Həmin sənədə əsasən birinci dərəcə əlilliyə görə 8800, ikinci dərəcə əlilliyə görə 6600, üçüncü dərəcə əlilliyə görə 4400 manat birdəfəlik yardımlar müəyyən olunub. “YAŞAT” Fondu tərəfindən də həmin ka¬teqoriyadan olan ailələr daim diqqətdə saxlanılıb.
Bütün bunlarla bərabər, şəhid ailəsi üzvləri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb. Preziden¬tin tapşırığına əsasən mənzil təminatı 5 dəfə artırılıb. Bununla bağlı 2021-2025-ci illərə dair dövlət proqramı da təsdiq olunub.
Vətən müharibəsindən sonra 3 min 600, ümumilikdə isə ötən dövr ərzində 12 min 500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Bu il üçün 1500-dən çox mənzil və fərdi evlərin bu kateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulub ki, artıq altı ay ərzində onlara 600 mənzil təqdim olunub.
Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində isə son dörd ildə 1500-dən çox, ümumilikdə isə ötən dövr ərzində 7400 müharibə əlilinə avtomobil verilib.
Şəhid ailələri, qazilər, bütün müharibə iştirakçıları cəmiyyətimizdə böyük nüfuza malikdirlər. Onlar ölkə Prezidentinin müvafiq sərəncamları ilə medallarla təltif olunublar, layiq olduqları statusu qazanıblar. Bir sözlə, dövlətimiz onları unutmur, bütün problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Ruslan AĞAMALIYEV,
Vətən müharibəsi veteranı